Xudat şəhərində qanunsuz ovlanmış balıqların satışı ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə ShimalNews 16 fevral tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Keçirilən nəzarət tədbirləri zamanı qanun pozucusunun Ramil Ağamalıyev olduğu müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Ağamalıyev barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.