Xudatda məktəb ərazisində iməcilik aparılıb. Bu barədə ShimalNews 26 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
İşlər T.Fərzəliyev adına 1 saylı tam orta məktəbdə “Ailə-İcma-Məktəb” layihəsi çərçivəsində baş tutub. Məktəblilər valideynlərlə bərabər məktəbin ətrafında və həyətyanı sahəsində təmizlik işləri apararaq həmin sahələri çürümüş yarpaqlardan və zibillərdən təmizləyiblər.