Xudatda bir ailənin 2 üzvünün göbələkdən zəhərlənmə faktı ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma başlayıb. Bu barədə ShimalNews 12 dekabr tarixində Report-a istinadən məlumat verir.
Agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə baş verən hadisənin səbəblərini, həmçinin qida zəhərlənməsinin olub-olmamasını yoxlayacaqlar.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Daha öncə Roza Nemətovanın və onun qızı Çimnaz Ağayevanın göbələk turşusundan zəhərlənmələri haqda və Nemətovanın dünyasını dəyişməsi barədə məlumat vermişdik.