top
Xınalıqda qəzalı evlər 19 ildir bərpa edilmir
12 iyun 2025, 09:49
- ↺ +

Xınalıqda qəzalı evlər 19 ildir bərpa edilmir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünyaca məşhur Xınalıq kəndində bərpa işlərinin gecikməsi sakinlərin narazılığına səbəb olub.

Bizim.Media-nın məlumatına görə, qədim memarlıq ənənələrinə malik bu kənddə, xüsusilə qəzalı vəziyyətdə olan evlərdə işlərin ləng aparılması köhnə tikililər üçün təhlükə yaradır.

Sakinlərin dediklərinə görə, qədimiliyin qorunub saxlanılması şərti ilə bərpa edilməsi nəzərdə tutulan evlər qəzalı duruma düşdüyündən hər an uça bilər:

“Qışı çox əziyyətlə keçirdik. Evin tavan və divarları çat içindədir, qapı-pəncərələr bağlanmır. Ev hər an uçacaq deyə qorxu içindəyik. Xınalıqdan, Quba şəhərinə illər öncə köçüb gedən 4 nəfərin evi bərpa olunub. Kəndi tərk etməyən sakinlərin qəzalı evləri isə uçub dağılır. İllərdir gözləyirik. Dəfələrlə Dövlət Turizm Agentliyinə müraciətlər etmişəm. Hər dəfəsində də şablon, anlamadığım dildə cavablar verilir", - deyə sakin Namiq Əhmədov vurğulayıb.

Digər sakin Kənan Osmanovun evi isə tikinti şirkəti tərəfindən qəzalı vəziyyətə salınıb:

“Bilirsiniz ki, Xınalıqda qədim evlər bir-birinin içində yerləşir, yəni bir evin damı digər evin divarına düşür. Bu səbəbdən tikinti təşkilatı qonşunun evini bərpa edəndə mənim evimi pis günə qoyub. Dəfələrlə müraciət etsəm də 3 ildir, evimi bərpa  etmirlər. Niyə Dövlət Turizm Agentliyi bu məsələyə məsuliyyətlə yanaşmır?”

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Rufik İsmayılov məsələ ilə bağlı açıqlama verib:
“Xınalıq kəndində özünəməxsus memarlıq üslubu və  coğrafi mövqeyi ilə seçilən 160 ev yaşayış məntəqəsinin tarixi hissəsində yerləşməklə, vaxtilə ənənəvi üsulla  tikilib. Onlardan ən təhlükəli vəziyyətdə olan 60 evin  təmir və bərpası ilə bağlı 2020-ci ildə layihələndirmə işləri həyata keçirilib. Bu layihə çərçivəsində 2020-2022-ci illərdə 16 evdə təmir-bərpa işləri aparılıb, onların bünövrə və divarları gücləndirilib. Uçma təhlükəsi olan divarlar  sökülərək yenidən tikilib, dam örtükləri sökülərək yerli  tipologiyaya uyğun yenidən qurulub, qapı-pəncərələr yenilənib. 14 oktyabr 2022-ci il tarixdə media nümayəndələrinin və Dövlət Turizm Agentliyinin rəhbərliyi ilə görülən işlərə baxış keçirilib. Təhvil verilən̈ işlərlə paralel  olaraq 2022-ci ildə 11, 2023-cü ildə daha 15 evin təmir-bərpasına  start verilib. Bu evlərdən 19-u artıq  təhvil  verilib, 6 evdə işlər yekunlaşmaq üzrədir. 1 evdə təmir işləri davam etdirilir. İlkin mərhələdə layihələndirilən 60 evdən 18-nin təmir-bərpasına  isə yaxın gələcəkdə başlanılacaq. Bu 60 evdən başqa Xınalıq kənd sakini Namiq Əhmədovun mənzilinin də daxil olduğu  daha 15 evin layihələndirmə işləri sona çatıb. Müvafiq qurumlarla razılaşdırıldıqdan sonra ayrılan vəsaitə uyğun olaraq həmin evlərin təmirinə başlanılacaq”.

Qeyd edək ki, iqlim şəraitinə uyğun olaraq Xınalıqda ilin yalnız 4-5 ayı ərzində tikinti işləri görmək mümkündür. Bu səbəbdən təmir-bərpa işləri mərhələli şəkildə aparılacaq".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər