Qubanın Xınalıq kəndinə qış fəsli geri qayıdıb. Yağan qarın hündürlüyü az qala bir metrə çatır.
“Xınalığa düşən qarın hündürlüyü 76 sm-dir. Son 33 ildə ilk dəfədir aprel ayında belə güclü qar yağır. Son illər Xınalıqda belə güclü qar müşahidə edilməyib”.
Bizim.Mediа-nın məlumatına görə, bunu kənd sakini Namiq Xınalıqlı deyib.
Məlumat üçün bildirək ki, Xınalıq və ətraf kəndlərdə 2 gündür elektrik təminatı dayandırılıb.