Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin XI sinif şagirdi Qismət Ağayev uğurlu nəticə əldə edib.
Shimal.News xəbər verir ki, şagird riyaziyyat fənni üzrə keçirilən Respublika Fənn Olimpiadasında yüksək bilik və bacarığı ilə seçilərək bürünc medala layiq görülüb.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkar edilməsi və onların elmi biliklərinin inkişaf etdirilməsi məqsədilə təşkil olunur.