Xaçmaz rayonundan olan müəllim “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin qalibi olub. Bu barədə ShimalNews 27 fevral tarixində məlumat verir.
Müsabiqə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilib. Armudpadar kənd ümumi orta məktəbin informatika müəllimi Sevda Məmmədovanın “Şagirdlərin inkişaf platforması” layihəsi qalib olub.
Layihənin eksperti Elvin Axundov platformanın işləmə qaydası və faydaları barədə danışıb. Müəllimlərlə müzakirələr aparılaraq şagirdlərin inkişaf etdirilməsində lazım olan qabiliyyətlər qeyd olunub.