Xaçmaz rayonunda 100 kiloqram ot yanıb. Bu barədə ShimalNews 6 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Ərəb kəndində qeydə alınıb. Burada ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Bundan əlavə, tövlənin içərisinə yığılan ot bağlamalarının bir hissəsi yanıb.
Tövlənin və ot bağlamalarının qalan 100 kiloqramı yanğından mühafizə olunub.