Xaçmaz rayonunda güclü yağış fəsadlar törədib. Bu barədə ShimalNews 13 dekabr tarixində məlumat verir.
Kəndlərdə və şəhər ərazisində yolları su basıb. Sakinlər bildirirlər ki, bu hal daim təkrarlanır. Nəticədə avtomobillərin hərəkətinə maneə yaranır, piyadaların üzərinə isə su sıçrayır. Vətəndaşlar bütün bunlara səbəbi drenaj sistemlərin olmamasında görürlər.