Şimal bölgəsində yeraltı təkanlar hiss olunub. Bu barədə ShimalNews 8 dekabr tarixində məlumat verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Dağıstanda, Mahaçqaladan 82 km cənub - cənub qərbdə, ocağı 5 km dərinlikdə və maqnitudadası 5.7-yə bərabər zəlzələ qeydə alınmışdır. Nəticədə Azərbaycan ərazisində sərhəd rayonlarında 4-3 bala qədər hiss olunmuşdur.
***
10:43
Xaçmazda bir neçə dəqiqə öncə zəlzələ olub.
Sakinlərin sözlərinə görə, saat 10:40 radələrində silkələnmə hiss edilib.
Xəbər yenilənəcək.