Xaçmazda "Zəfər ətirli təzə il" adlı konsert baş tutub. Bu barədə ShimalNews 24 dekabr tarixində Xaçmaz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinə istinadən məlumat verir.
Şənlik "Heydər Əliyev" adına Mədəniyyət Evində baş tutub. Konsertə rayon ictimaiyyəti və məktəblərdən qonaqlar gəliblər. UGİM-in dərnək üzvləri çıxış edərək bayram tədbirinə rəng qatıblar.