Gecə saatlarında Xaçmaz rayonunun Ağarəhimoba kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evdə yanğın baş verib.
Shimal.News xəbər verir ki, 4 otaqlı evin konstruksiyaları 225 m² sahədə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi gəlib.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.