Xaçmaz rayonu, Qaraqurtlu kəndində fəaliyyət göstərən, Məmmədov Hafiz Yusif oğluna məxsus “Nurxan” marketdə texniki normativ hüquqi aktların tələbləri pozulub.
Shimal.News xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı marketin anbar sahəsində qida məhsullarının yerdən, divardan ara məsafəsi gözlənilmədən saxlandığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Eyni zamanda, yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı məlum olub.
Fakta bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan çıxarılıb və qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb.
