Xaçmazda "Xocalı - şəhid şəhər" adlı rəsm sərgisi keçiriləcək. Bu barədə ShimalNews 17 fevral tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Sərgi Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunub. Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunan tədbir Xaçmaz rayon Gənclər və İdman İdarəsinin və Xaçmaz Regional Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
Əsərlər fevralın 20-si Xaçmaz Rəsm Qalereyasında nümayiş etdiriləcək.