Xaçmazda vətəndaş üçün müvəqqəti çadır qurulub.
Shimal.News Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Xaçmaz rayonu, Tel kənd sakini Naibə İsayevaya məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə quruma məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən Tel kənd sakini N.İsayeva üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
