top
 Xaçmazda valideynlərdən etiraz – Ekspert isə fərqli fikirdədir 
02 avqust 2025, 15:41
- ↺ +

 Xaçmazda valideynlərdən etiraz – Ekspert isə fərqli fikirdədir 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyin ibtidai sinif şagirdlərinin valideynləri çıxılmaz vəziyyətə qalıblar.

Bununla bağlı Shimal.News-a danışan valideynlərin sözlərinə görə, 8 nömrəli məktəb-liseyin ibtidai sinif şagirdləri xəbərdar edilmədən 3 nömrəli məktəbə köçürülür.

“Bizim xəbərimiz olmadan uşaqlarımızı qəzalı vəziyyətdə olan və evlərimizdən uzaqda yerləşən 3 nömrəli məktəbə köçürürlər. Hər birimiz bu vəziyyətdən çox narahat və narazıyıq. Həmin məktəbin yalnız xarici görünüşü normaldır, amma içərisi bərbad vəziyyətdədir. Sanitar qovşaqlar pis haldadır, bir korpus bağlanıb, digər iki korpus isə divarları aşdığı üçün qəzalı vəziyyətdədir. Məktəbin içərisinə girməyimizə belə icazə vermirlər.

Həmçinin liseyin ödənişli olacağı ilə bağlı məlumat əldə etmişik.

Bizə 2 ildir ki, yeni məktəbin tikiləcəyinə söz versələr də, hələ də ortada heç bir məktəb yoxdur. Biz uşaqlarımızın təmiz və təmirli məktəblərdə təhsil almasını istəyirik”, - deyə valideynlər narahatlıqlarını dilə gətiriblər.

Valideynlər bu vəziyyətin dərhal həll olunmasını və uşaqlarının təhlükəsiz və şəraitli mühitdə təhsil almalarını tələb edirlər.

Məsələ ilə bağlı Shimal.News-a açıqlama verən təhsil üzrə ekspert Ramin Nurəliyev deyib ki, Elm və Təhsil Nazirliyi  istənilən ümumtəhsil məktəbinin statusunu dəyişə və ya müəyyən fəaliyyətləri həyata keçirə bilər:

“Məsələn, təmir-tikinti işləri aparılarsa, bu zaman məktəbdəki şagirdlər başqa bir məktəbə köçürülə və ya məktəbin statusu dəyişərsə, həmin şagirdlərin başqa bir məktəbə köçürülməsi tövsiyə oluna bilər. Əgər valideynlər həmin məktəbdən narazıdırlarsa, o zaman övladlarını istənilən digər məktəbə köçürmək hüququna malikdirlər”.

Onu da xatırladaq ki, 2026-2027-ci tədris ilindən etibarən lisey və gimnaziyalara qəbul yalnız 7-ci siniflər üzrə həyata keçiriləcək.

 

 


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər