Sentyabrın 25-də Xaçmaz rayonunun Mürşüdoba kəndində qətl hadisəsi baş verib.
Qafqazinfo.az-ın məlumatına görə, hadisə zamanı Xudat şəhər sakini, 52 yaşlı İlham Hüseynov öldürülüb.
Ölüm faktı mübahisə zəminində qeydə alınıb.
33 yaşlı Orxan Hacıbəlyev qayınatası İlham Hüseynovun sinə nahiyəsinə yumruq zərbəsi endirib. Aldığı xəsarət nəticəsində ürək əməliyyatı keçirmiş İ.Hüseynov hadisə yerində ölüb.
O.Hacıbəlyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.