Bu gün səhər saatlarında Xaçmaz rayonu Mərkəzi Xəstəxananın həkim-endokrinoloqu Əbülfəz Məhərrəm oğlu Qafarov dünyasını dəyişib.
Shimal.News məlumat verir ki, mərhum uzun müddət xəstəlikdən əziyyət çəkirdi.
Ə.Qafarov 12 aprel 1956-cı ildə Lənkəran rayonunda anadan olub. O, 1980-ci ildən həyatının son günlərinədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərib.