Xaçmaz rayonunun Nərəcan kəndində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 48 kv.m olan talvar və altında yığılan 3 ton ot bağlaması yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin bölmələri cəlb edilib. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.