Xaçmazda şagird valideyninin məktəbə göstərdiyi yardım müəssisə tərəfindən təqdirəlayiq qiymətləndirilib. Bu barədə ShimalNews 2 mart tarixində məlumat verir.
Yergüc kənd sakini Həzrət Koroğluyev yanacaq kimi istifadə olunan odunların doğranmasında yardımçı olub. Təhsil ocağının pedaqoji və texniki heyəti adından valideynə minnətdarlıq bildirilib.