Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.az-ın məlumatına görə, "BMW" markalı minik avtomobili yolun kənarında dayanan "VAZ-2106-ya çırpılıb, daha sonra isə piyada İ.Umerovu vurub.
Nəticədə hər iki maşına ciddi zərər dəyib. Qəza zamanı xəsarət alan piyada xəstəxanaya aparılıb.
Zərbənin gücündən "VAZ-2106-nın yanındakı işıq dirəyi yararsız hala düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.