Xaçmaz-Quba yolunun 1-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verib.
Report.az-ın məlumatına görə, Yunusov Rövkət Qurban oğlu sükan arxasında infarkt keçirərək ölüb. Nəticədə idarə etdiyi yük avtomobili daş səkiyə çırpılıb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.