Qusarın “Samur” gömrük postundan ölkəyə alkoqollu içkilərin keçirilməsi cəhdi olub.
ShimalNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal nəzarət xəttində yük nəqliyyat vasitəsinin baxışı keçirilib. Nəqliyyat vasitəsinin şəxsi əşyalar üçün nəzərdə tutulmuş sandıqçada üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma markası olmayan 53 ədəd 0.7L alkoqollu içki aşkarlanıb.
Faktla əlaqədar araşdırma aparılır.