Xaçmazda piyadalar hərəkət etmək üçün min əziyyətə qatlanırlar. Əks halda çalaya düşə bilərlər.
Bu barədə Shimal.News-a sakinlər məlumat veriblər.
Artıq 1 həftədən çoxdur ki, H.Əliyev prospektində (Şahmat məktəbinin qarşısı) piyada yolu çöküb və dəlik əmələ gəlib. Məsuliyyətli vətəndaşlar hər hansı bədbəxt hadisə baş verməməsi üçün həmin yerin ətrafına daş parçaları düzüblər.