Xaçmazda kustar üsulla partlayıcı vasitələr hazırlayan şəxs saxlanılıb. Bu haqda ShimalNews 2 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində partlayıcı vasitələrin gizli şəkildə hazırlanmasını və satışını həyata keçirən Sadiq Qanbayev saxlanılıb. Rayon ərazisində satılan tezalışan vasitələr kustar üsulla hazırlanmışdır.
Sadiq Qanbayev barəsində protokol tərtib olunub.