Xaçmaz rayonunun, Nabran kəndində yerləşən "Caspian Sea Resort" otelinin ərazisində yanğın qeydə alınıb.
Bizim.Media-nın məlumatına görə, Bakı sakini Rəşid Paşayevə məxsus otelin ümumi sahəsi 500 kv.m olan 2 mərtəbəli koteci yanıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi gəlib. Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.