Xaçmaz rayonunun Susayqışlaq kəndində yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 8 yanvar tarixində məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 7 otaqlı məscidin bir otağının döşəməsi yanıb. Əraziyə yanğınsöndürənlər cəlb olunub, binanın qalan hissəsi yanğından mühafizə olunub.