Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, Nərəcan kəndində yolu keçən 11-ci sinif şagirdi Turan Məcidovu avtomobil vurub. Ağır xəsarətlər alan yeniyetmə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.