Xaçmazda məktəb şagirdləri iməcilik işlərində iştirak ediblər. Bu haqda ShimalNews 16 dekabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
İməcilik Palıdlı kənd tam orta məktəbinin şagirdləri tərəfindən aparılıb. Texnologiya müəllimi Mina Yaqubovanın təşkilatçılığı ilə məktəb şagirdləri kəndin küçələrini təmizləyib və əkilmiş tinglərin diblərini belləyiblər.
"Ailə-İcma-Məktəb" layihəsi Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən həyata keçirilir.