5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətində idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. Bu barədə ShimalNews 3 mart tarixində RİH-yə istinadən xəbər verir.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idmançıları və məşqçiləri əlamətdar günlə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb. Onlar üçün yaradılan şəraitdən və son 1 il ərzində qazanılmış beynəlxalq arenada 10, respublika yarışlarında isə 95 müxtəlif medaldan danışıb.
Sonra idmançılar və onların məşqçilərinə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərmanlar təqdim olunub.