Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Əhmədoba, Hacıəhmədoba, Hacıqazma və Qaracəlli kəndlərinin sakinləri ilə görüşüb. Bu haqda ShimalNews 15 dekabr tarixində adıçəkilən quruma istinadən məlumat verir.
Səyyar qəbul Əhmədoba kəndində keçirilib. Burada yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.
Görüş iştirakçıları əvvəlcə şəhid İsmət Rəsulovun büstünü ziyarət ediblər. Qəhrəmanımızın əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Səyyar qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib. Onları narahat edən məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Sonda aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.