Xaçmaz rayonunda heyvan kəsimi məntəqələrində yoxlamalar aparılıb. Bu barədə ShimalNews 25 noyabr tarixində AQTA-ya istinadən məlumat verir.
Monitorinq zamanı şəhər ərazisində Cavid Məmmədov və Abdulla Ağayevə məxsus məntəqələrdə bərpa olunmuş kəsim qurğuları təkrarən sökülüb.
Obyekt sahiblərinə qarşı inzibati protokol tərtib edilib.