Xaçmazda qatilin apellyasiya şikayəti təmin edilməyib. Bu haqda ShimalNews 14 iyun tarixində məlumat verir.
Sumqayıt Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürən Şamil Turabovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasında qərar elan olunub.
Sentyabrın 8-i 2023-cü ildə Yeni Həyat qəsəbəsində Şamil Turabov Aynurə Turabovanı qətlə yetirib. O, bu əməli qısqanclıq zəminində törədib. Turabov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.