Xaçmaz rayonunda baş verən qətlin təfərrüatları açıqlanıb. Bu haqda ShimalNews 11 sentyabr tarixində “Xəzər Xəbər”ə istinadən məlumat verir.

Sentyabrın 8-i  “Yeni Həyat” qəsəbəsində ər arvadını bıçaqlayıb. 43 yaşlı Aynurə Turabova boynundan aldığı bıçaq zərbələrindən dünyasını dəyişib. Daha sonra 41 yaşlı Şamil Turabov özünə xəsarət yetirib və hazırda xəstəxanada müalicəsi davam edir.

Mərhumun qayınanasının sözlərinə görə, həmin gün əvvəllər qonşuluqda yaşayan bir şəxs onların qonağı olub. Ev sahibinin gələn qonaqla mübahisəsi olub və onlar dalaşıblar. Kişi getdikdən sonra isə ər və arvad arasında mübahisə yaranıb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanıb.