top
Xaçmazda həmkəndlilərini döyənə bu cəza verildi
13 avqust 2025, 11:15
- ↺ +

Xaçmazda həmkəndlilərini döyənə bu cəza verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Zaur Fərəcovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın məlumatına görə, hakim Xıdır Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 31 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Xaçmaz rayonu, Yataq-oba kəndində qeydə alınıb.

Belə ki, Zaur Fərəcov sərxoş vəziyyətdə həmkəndlisi, zərərçəkmiş Mahir Məmmədzadənin (adı, soyadı şərtidir) işlətdiyi mağazanın qarşısına gedib, digər həmkəndlisi, zərərçəkmiş Səfər Səfərovla (adı, soyadı şərtidir) görüşüb. O, Səfərin azyaşlı oğlunun onun üçün siqaret almağa getməməsini bəhanə edib, yumruqla onun sifət nahiyəsinə qəsdən vuraraq xəsarət yetirib.

Sonra səs-küyə Mahir Məmmədzadə mağazadan bayıra çıxıb, Səfəri obyektin içərisinə aparıb.

Zaur mağazanın giriş qapısı üzərində olan şüşəyə yumruq zərbəsi endirərək sındırıb, Mahirə 280 manat məbləğində maddi ziyanı vurub. Habelə Zaur onları ayırmağa gələn zərərçəkmiş Məlik Əsədovun (adı, soyadı şərtidir) arxasınca gedib mağazadan 100 metr aralı məsafədə yerləşən bulağın yaxınlığında xuliqanlıq niyyəti ilə onun alın nahiyəsinə butulka ilə qəsdən vuraraq yerə yıxıb. Sonra o, yerdə uzanan Məlikin sifət nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə zərbə endirərək burunu sındırıb.

Hadisədən sonra Zaur Fərəcov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər