Xaçmaz rayonunun Məmmədxanlı kəndi yaxınlığında güclü yanğın hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, ilkin məlumata görə, biçilmiş əkin sahələri alovlanıb və yanğın sürətlə yayılaraq 70 hektardan çox ərazini əhatə edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları, texnika və canlı qüvvə cəlb olunub.
Yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər davam etdirilir.