Xaçmaz şəhərində güclü külək nəticəsində insident baş verib.
Shimal.News xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində yerləşən ticarət obyektlərindən birində qeydə alınıb.
Belə ki, güclü külək nəticəsində obyektin dam örtüyü qoparaq yaxınlıqda park edilmiş avtomobillərin üzərinə düşüb. İlkin məlumata görə, 3 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.