Xaçmazda "Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq" kampaniyası ilə bağlı tədbir keçirilib. Bu barədə ShimalNews 9 dekabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Tədbir 8 nömrəli məktəb-liseydə baş tutub. Xaçmaz Qadın Resurs Mərkəzinin əməkdaşları erkən nikahın yaratdığı fiziki və psixoloji fəsadlardan danışıb. Tədbir iştirakçıları məişət zorakılığı ilə mübarizə, övladlarımızı erkən nikaha cəlb etməmə mövzularında müzakirələr aparıblar.
Daha sonra iştirakçılara mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.