Xaçmazda “Yol təhlükəsizliyi və yol hərəkəti qaydaları" mövzusunda təlim keçirilib. Bu haqda ShimalNews 30 noyabr tarixində Xaçmaz rayon Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
Maarifləndirici görüşdə yeniyetmələr yol hərəkətinin təhlükəsizliyi qaydaları ilə tanış ediliblər. Tədbir zamanı Xaçmaz RPŞ-nin DYP bölməsinin rəis əvəzi, polis kapitanı Elçin Tağıyev gənclərə təqdimatlar əsasında yol hərəkətinin təhlükəsizliyi və qaydaları, yol nişanları, ictimai nəqliyyatda davranış, təhlükəsizlik vasitələrindən istifadə qaydaları haqqında geniş məlumat verib.