Xaçmazda şagirdlər yaşlı insanlara baş çəkərək qayğı göstəriblər. Bu barədə ShimalNews 7 dekabr tarixində Peşə Təmayüllü Siniflərin Təşkilinə istinadən məlumat verir.
Tədbir "Təbəssümünü bölüş" adlı sosial layihə çərçivəsində keçirilib. C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin peşə təmayüllü sinif şagirdləri "Ahıllar üçün Günərzi Qayğı Mərkəzi"nin qonağı olublar.
Məktəblilər peşələrinə uyğun olaraq ahıllara saç qulluğu edib, şirniyyatlar hazırlayıb və həmçinin çay süfrəsi təşkil ediblər.
Sonda İT qrupunun hazırladığı açıqcalar və güllər hədiyyə olaraq təqdim edilib.