Xaçmaz şəhərində çoxmərtəbəli yaşayış binasının dam örtüyünə bərkidilən metal lövhənin bir hissəsi yerindən qoparaq asılı vəziyyətdə qalıb. Bu haqda ShimalNews 6 dekabr tarixində məlumat verir.
Yaranmış vəziyyət haqqında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub.
Əraziyə cəlb olunan xilasedicilər metal lövhəni müvafiq qaydada bərkidərək təhlükəni aradan qaldırıblar.