Xaçmaz rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar. Bu barədə ShimalNews 21 dekabr tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizində qanunsuz balıq ovlayan şəxslər tutulublar. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakinləri Altay Qubatov, Qalib Cəbrayılov, Rövşən Museyibov, Səxavət Əskərov, İkram Həsənov olduqları müəyyən edilib.
Faktlarla bağlı protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb