Xaçmaz rayonunda şagirdin babası xeyriyyə addımı atıb. Bu haqda ShimalNews 15 fevral tarixində məlumat verir.
Yergüc tam orta məktəbində sıradan çıxmış oturacaq və masalar təmir edilib. Bunun üçün 7-ci sinifdə oxuyan Rəvanə Hümbətovanın babası həmin əşyaların dəmir hissələrini qaynaq edib.
Təhsil müəssisəsinin rəhbərliyi, kollektivi və valideynləri ona öz dərin təşəkkürlərini bildiriblər. Belə halların yaşanmasının çox sevindirici olduğunu vurğulayıblar.
