Yaxın günlərdə Xaçmazda logistik mərkəz işə başlayır. Bu haqda ShimalNews 21 dekabr tarixində “Vergiler.az”a istinadən məlumat verir.
Mərkəz şimal bölgəsində kənd təsərrüfatı məhsullarının alınması, qablaşdırılması, çeşidlənməsi və Rusiyaya ixracı yönündə fəaliyyət göstərəcək. Burada daxili xidmətlərə əlçatanlığın artırılması üçün “bir pəncərə” prinsipi təşkil olunacaq.