Xaçmaz rayonunda heyvan kəsimi məntəqələrində yoxlamalar keçirilib. Bu barədə ShimalNews fevralın 2-də AQTA-ya istinadən məlumat verir.
Monitorinq zamanı Nərəcan kəndində Əzim Əhmədova, Müzəffəroba kəndində Ramin Hüseynova və Köhnə Xaçmaz kəndində Əfqan Məmmədova məxsus məntəqələrdə qayda pozuntuları aşkar edilib.
Obyekt sahiblərinə qarşı inzibati protokollar tərtib edilib.