Xaçmaz rayonunda heyvan kəsimi məntəqələrində yoxlamalar keçirilib. Bu barədə ShimalNews 1 mart tarixində AQTA-ya istinadən məlumat verir.
Monitorinq zamanı Xaçmaz şəhərinin Bakı prospektində Mərifət Əzizova məxsus məntəqədə qayda pozuntuları aşkar edilib. Obyekt sahibinə qarşı inzibati protokol tərtib edilib.