Xaçmaz rayonunda Aqrar İnnovasiya Festivalı keçiriləcək. Bu barədə ShimalNews 16 fevral tarixində Agritex.az-a istinadən məlumat verir.
Tədbir fevralın 24-ü saat 9:00-da başlayacaq. Burada aqrar innovasiyaların təbliği və təşviqi aparılacaq və innovativ texnikalar nümayiş olunacaq.
Daha öncə oxşar sərgi Aqrar İnnovasiya Mərkəzi tərəfindən Qubada təşkil edilmişdir.