Xaçmazda anasını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən 15 yaşlı məktəbli Lətifov haqda həbs qətimkan tədbiri seçilib.
Bizim.Media-nın məlumatına görə, Qadaşoba kənd məktəbinin 9-cu sinif şagirdi olan Lətifov barəsində Xaçmaz rayon prokurorluğunda CM-nin 120.1 maddəsilə (qəsdən adam öldürmə) cinayət işi açılıb.
Anasının ölümünə bais olan azyaşlı hazırda Bakının Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı istintaq təcridxanasına göndərilib.