top
Xaçmazda ana və qızından nümunəvi nəticə - MÜSAHİBƏ
30 iyun 2025, 11:42
- ↺ +

Xaçmazda ana və qızından nümunəvi nəticə - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyunun 25-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin müəllimləri olan ana və qızı da yüksək nəticə göstəriblər.

“Azərbaycan müəllimi” onların təəssüratlarını oxucularla ilə paylaşır.

“Yüksək nəticə göstərən müəllimlərin fəaliyyətinin dəyərləndirilməsi məzunların müəllimlik peşəsinə həvəsini artırır”

Nailə Arzumanova Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin fizika müəllimidir və sertifikasiyada 55 bal toplayıb. Onun sözlərinə görə, 33 ildir ki, müəllim kimi fəaliyyət göstərir və peşəsini çox sevir. İmtahan prosesində çətinlik çəkmədiyini əlavə edən müəllim sualların onun üçün orta səviyyədə olduğunu deyir: “Müəllimlərə məsləhətim o olar ki, tədris etdiyi fənni dəqiq və dərindən öyrənsinlər, həmişə öz üzərlərində işləsinlər”.

Sertifikatlaşdırmanın əhəmiyyətinə toxunan Nailə Arzumanova bildirir ki, bu proses müəllimlərin peşəkarlıq səviyyəsini ölçür:

“Sertifikatlaşdırma müəllimlərin öz bilik və bacarıqlarının daha da artırılması üçün motivasiyadır. Yüksək nəticə göstərən müəllimlərin fəaliyyətinin dəyərləndirilməsi yeni məzun olmuş tələbələrin müəllimlik peşəsinə həvəsini artırır”.

“Məqsədim yüksək nəticə göstərmək idi və buna nail oldum”

Xanım Məmmədəliyeva Xaçmaz şəhəri Mehman Məhəmmədov adına 4 nömrəli tam orta məktəbin fizika müəllimidir və sertifikatlaşdırmada 58 bal toplayıb. 2019-cu ildə ilk dəfə müəllimlərin işə qəbul (MİQ) imtahanında mümkün 60 baldan 44-nü toplayaraq Xaçmaz şəhəri Ə.Rustəmov adına Sərkərli kənd ümumi orta məktəbində  müəllim kimi fəaliyyətə başlayıb. 2023-cü ildə yenidən MİQ  imtahanında  iştirak edərək 100 baldan 70-ni toplayaraq hazırda işlədiyi orta məktəbdə çalışıb.

“Sertifikatlaşdırmaya sentyabrdan hazırlaşmağı düşünürdüm, amma iş, ailə qayğıları səbəbindən mümkün olmurdu. Son iki ayı artıq qarşıma məqsəd qoyub imtahana ciddi şəkildə çalışmışam. Ən çox narahatlığım kurikulum suallarından idi. İmtahandan keçəcəyimə əmin idim, yüksək nəticə göstərmək məqsədim idi və buna nail oldum. İmtahana son 5 gün qalmış isə yalnız testlər işləməyə üstünlük verdim. İmtahan sualları orta çətinlikdə idi, çətinliyim sadəcə kurikulum üzrə olan inteqrasiya sualında oldu, məndə çaşqınlıq yaratdı. İmtahanı 1 saata bitirmişəm”, – deyir Xanım müəllim.

Sertifikasiyada az bal toplayan müəllimlərə Xanım Məmmədəliyeva dərsliklərə üstünlük vermələrini, nəzəri suallar üzərində daha çox çalışmalarını tövsiyə edib: “Məncə, hər bir müəllim öz üzərində çalışmalı, yeniliklərə açıq olmalıdır. Bu səbəbdən sertifikatlaşdırmanın əhəmiyyətinin vacib olduğunu düşünürəm”.

Xaçmazda ana və qızından nümunəvi nəticə - MÜSAHİBƏ

 

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər