Xaçmazda “Əmək funksiyalarının aşılanması” mövzusunda təlim keçirilib. Bu barədə ShimalNews 19 dekabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən məlumat verir.
Təlimdə 19 nəfər iştirak edib. Seminar zamanı münaqişə, stresin idarə olunması, konflikt və münaqişəli halların yaranmasının qarşısının alınması, konflikt və stresin xüsusiyyətləri, stresin formalaşması barədə ətraflı məlumatlar verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.